Bakı qran prisinin rəsmi elçisi: Bu mövsüm Lüis Həmilton çempionluğa haqq edir

Formula1 üzrə Bakı-2016 qran prisinin rəsmi elçisi Fernando Alonso həmkarı Lüis Həmiltonun çempion olmasını daha çox istəyir. Allsport.az saytı xəbər verir ki, “Maklaren” komandasının sürücüsü buna briyaniyalının cari mövsüm haqq etdiyini deyib:

F-1.az-ın məlumatına görə, Sebastyan Fettel 2010-cu və 2012-ci illərdə Fernando Alonsonu son yarışlarda məğlub edərək qalib olub. Amma Həmilton bu il almaniyalı sürücüyə qarşı böyük üstünlük qazanıb və son 3 yarışa 66 xallıq fərqlə gedir. Lüis Həmilton növbəti yarışda Sebastyan Fetteldən 15 xal az toplasa belə, 4-cü dəfə çempion olacaq.

“Əgər çempionluq uğrunda mübarizə aparmırsınızsa, sizə maraqlı olmur. Çünki sizin mübarizəniz deyil. Amma hazırda Sebastyanın 4, Lyuisin 3 çempionluğunun olması ədalətli deyil. Lyuisin karyerası daha yaxşıdır. Lyuisin 4-cü dəfə çempionluğu qazanması məni sevindirər. Çempionluq saylarının bərabər olması daha məntiqlidir” – deyə, Fernando Alonso əlavə edib.

Həmin kateqoriyadan