- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bakıda keçiriləcək Formula-1 üzrə Avropa qran-prisinin rəsmi elçisi Fernando Alonsonun səhhəti ilə bağlı vəziyyətə aydınlıq gətirilib. Allsport.az saytı xəbər verir ki, ispaniyalı pilot Çinin Şanxay şəhərində start götürən eyni yarış öncəsi oranın tibbi mərkəzində komissiyadan keçib.
Həkimlər pilotun Melburnda yaşadığı qəzanın fəsadlarını öyrənmək üçün testlər keçiriblər. Tibbi personal onun sinəsini skanerdən keçirib və sonradan iki həftə ərzində baş verən dəyişikliklərin nəticəsi öyrənilib. Tibb əməkdaşlarının yekun qərarına əsasən, 2-qat dünya çempionu zəruri bütün testlərdən keçdikdən sonra Çin qran-prisinə buraxılıb.
Qeyd edək ki, ispaniyalı pilot martın 20-də Avstraliya qran-prisi zamanı qəzaya düşdüyündən 1-3 apreldə keçirilmiş Bəhreyn Qran-prisinə buraxılmayıb.