- Baxış sayı: 28
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0
Bakı mükafat yarışının rəsmi elçisi keçmişə dalıb. Allsport.az saytı xəbər verir ki, Fernando Alonso əfsanəvi formula1 sürücüsü Mixael Şumaxerə qarşı çempionlugu hər şeydən dəyərli olduğunu deyib. “Maklaren” komandasının hazırkı pilotu 2006-cı ildə ona son yarışa qədər qələbə uğrunda mübarizə aparmış və sonda qalib gəlmişdi. Almaniyalı ulduz bundan sonra təqaüdə çıxmışdı.
F-1.az xatırladır ki, ispaniyalı 2007-ci, 2010-cu və 2012-ci illərdə də son yarışa qədər çempionluq uğrunda mübarizə aparmış, lakin hər dəfə məğlub olmuşdu. Sitat: “Qələbə və çempionluqların dəyəri Mixael ilə yarışdığımız dövrlərdə gözəl idi. Uğurun dəyəri çox idi. Bir əfsanəyə qarşı yarışırdınız.
22 yaşım olmasına baxmayaraq, inanılmaz zamanlar keçirtdim. Bəzi şeylərlə vidalaşdım. Normal həyatdan uzaqlaşdım. Küçədə gəzə bilmirdim, marketə gedə bilmirdim. Hər gün televizora çıxırdım. 23-24 yaşım var idi və mənim üçün hər şey dəyişmişdi. Bu, mənim üçün unudulmaz şou idi”.