Bakı qran-prisinin rəsmi elçisi yaponların ona uğur qazanmağa imkan vermədiyini deyib

Fernando Alonso “McLaren”in problemlərindən sonra narazılığını söyləməyə davam edir. Allsport.az saytının məlumatına görə, “Honda” mühərriyi bu il də etibarsız təsir bağışlayır. F-1.az-ın xəbərinə əsasən, formula-1 üzrə 2-qat dünya çempionu ən yaxşı sürücü oduğunu bəyan etsə də, yaponlar ona uğur qazanmağa imkan vermədiyini bildirib: “Ən yaxşı səviyyədə sürürəm. Hazırda trasdakı ən yaxşı sürücüyəm. Amma mühərriyimiz düzlüklərdə zəifdir. Honda hələ hazır deyil. Şassimiz güclüdür. Dəyişikliklərə yaxşı cavab verir. Döngələrə yaxşı girir. Boliddən həzz alıram.

Yeni bolidlər karyerama davam edib, qalib gəlmək üçün mənə motivasiya verdi. Yaxşı nəticələr almamış yarışlardan getməyəcəm. Bir gün boliddə gedərkən rəqiblərimin düzgün trayektoriya seçdiklərini, məndən gec əyləcə basdıqlarını, məndən yaxşı start aldıqlarını görsəm, həmin gün idmandan gedəcəm. Amma hazırda tam əksini görürəm”.

Həmin kateqoriyadan