- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Avtomobil Federasiyasının Avtoidman üzrə Ümumdünya Şurasının Parisdə iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda gələn ilki çempionatın təqvimi təsdiq olunub. İlkin versiyası ilə müqayisədə, 8 yarışın yeri dəyişdirilib. Mövsüm apreldə deyil, martın 20-də Melburnda start götürəcək.
Debüt Bakı qran-prisi iyuldan iyuna keçirilib. Bakı bu mötəbər yarışı iyunun 19-da qəbul edəcək. Avropada daha bir mötəbər avtomobil yarışının – 24 saatlıq Le-Man turnirinin finişinin də Avropa qran-prisinin finişi ilə üst-üstə düşməsin deyə Bakıda yarışın startı xeyli irəli çəkilib.
Yay fasiləsinin də tarixi dəyişdirilib. Hokkenhaymda Almaniya qran-prisi iyulun 31-də, növbəti Belçika qran-prisi isə avqustun 28-nə təyin olunub. Malayziya qran-prisi oktyabrın 2-də baş tutacaq. Mövsüm noyabrın 27-də Abu-Dabidə başa çatacaq.