- Baxış sayı: 21
- 13 Aprel 2025 22:28
- Baxış sayı: 55
- Aprel 13, 2025
- 0
“Bakı şəhər halqası əməliyyat şirkəti” (BCCOC) MMC-yə gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib. Allsport.az saytı xəbər verir ki, bu protokol inzibati xətalar məcəlləsinin 485.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
485.1-ci maddayə görə, gömrük məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan respublikasının gömrük ərazisinə gətirilərkən, sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə, fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
FED.az-a məlumatına görə, iş Bakı şəhər Nərimanov rayon məhkəməsində hakim Hafiz Kamranovun icraatındadır.