Bakı şəhər halqası ağacəkmə aksiyasında

Bakı şəhər halqası əməliyyat şirkətinin işçi, marşal və könüllülərdən ibarət bir qrup təmsilçisi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü çərçivəsində görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib.

Allsport.az xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirliyinin Müşfiqabad qəsəbəsində təyin etdiyi ərazidə çox sayda badam ağacı əkilib. Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai agacəkmə aksiyasının şirkətin həyata keçirdiyi yeni strategiya baxımından tam yerinə düşdüyünü bildirib: “Biz ötən həftə yaşıl strategiyaya keçdiyimizi ictimaiyyətə elan etdik. Belə ki, artıq ofisimizi yaşıllandırmışıq, işığa, suya və kağıza daha çox qənaət edirik və həmçinin ofisimizdə tullantıları çeşidləndirərək aidiyyəti yerlərə təhvil veririk. Bu gün keçirilən ağacəkmə aksiyası da yaşıl strategiyamıza tam uyğun bir addım oldu və böyük həvəslə iştirak etdik. Növbəti aylarda da daha təmiz və sağlam ekologiyanın davamlılığının təmin olunması istiqamətində yeni layihələrlə çıxış etməyə davam edəcəyik”.

Bakıda növbəti Formula1 qran-pri yarışı 2020-ci il 5-7 iyunda baş
tutacaq.

Həmin kateqoriyadan