- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı Şəhər Halqası əməliyyat şirkəti bəyanat yayıb. Allsport.az saytının məlumatına görə, qurum ictimaiyyətin nəzərinə çatdırır ki, Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan bilgilər qeyri-rəsmi və əsassızdır. Yəni, Formula1 Azərbaycan qran-prisinin keçirilməsi ilə bağlı müqavilə şərtləri tam məxfi saxlanılır və heç bir şəkildə icitmaiyyətə rəsmi şəkildə açıqlanmır.
Eyni zamanda, F1-in təşkilatçısı “Formula 1 Management” şirkəti ilə Azərbaycanda bu yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış anlaşma üzrə heç bir fikir ayrılığı yoxdur və Azərbaycan qran-prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir.