- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Bakı şəhər halqası əməliyyat şirkəti, KİV nümayəndələri üçün
media mərkəzinin fəaliyyəti, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib. Allsport.az saytı xəbər verir ki, toplantıda Formula-1 Azərbaycan qran-prisi haqqında ümumi məlumat, ölkəyə səfər edəcək komandaların heyəti, yarış təqvimi, təhlükəsizlik və COVİD-19 qaydaları haqqında məlumat verilib.
Ümumilikdə 100-ə yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciəti qeydə alınıb. Formula-1 Azərbaycan qran-prisi daxil olmaqla, bütövlükdə 2022-ci il yarışları üçün media nümayəndələrinin akkreditasiyası beynəlxalq avtomobil federasiyası və Formula One Management şirkəti tərəfindən tənzimlənir.
Bakı şəhərinin ev sahibliyi etdiyi Formula-1 Azərbaycan mükafat yarışı 10-12 iyunda baş tutacaq. Artıq 6-cı dəfə keçirilən ötüşmələr ötən ildən fərqli olaraq, tamaşaçıların iştirakı ilə olacaq.