Bakı şəhər halqasında maraqlı faktlar və statistika

“Mersedes”in pilotu Valteri Bottası cari mövsümdə 2-ci qələbəsini Azərbaycan qran-prisində qazandı. Allsport.az saytı Bakı şəhər halqasında maraqlı statistika sizə təqdim edir:

– “Mersedes” komandası pilotları mövsümün başlanğıcında ardıcıl olaraq 4 yarışda ilk iki yeri tutmaqla 1992-ci ildə bu göstərici üzrə 3 yarışlıq uğura sahib “Uillyams” komandasına məxsus rekordu qırdı.

– Formula1 üzrə keçirilmiş son 16 yarışın hamısında ilk pilləyə “Mersedes”in sürücülərindən biri çıxıb. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi ən uzun müddətli qalibiyyətlər silsiləsidir.

– “Ferrari”dən Sebastyan Fettel indiyədək Bakıda baş tutmuş bütün Formula1 yarışlarını ilk 4-lükdə bitirib. O, bu yarışların heç birində ilk 2-likdə yer ala bilməyib.

– “Racinq Point” komandasının pilotu Serxio Perez bugünədək Bakıda keçirilmiş 4 yarışdan 3-də ilk 6-lığa düşüb.

– “Maklaren”in sürücüsü Karlos Saynz son üç Azərbaycan qran-prisində yarışı ilk 8-likdə başa vurub.

– Ötən ilki Azərbaycan Qran Prisindən sonra keçirilmiş yarışlar ərzində McLaren komandasının hər iki pilotu ilk dəfə bu yarışda sona qədər mübarizə apararaq xala yiyələnə bilib.

– Builki Azərbaycan mükafat yarışı “Racinq”in üzvü Ləns Strolun cari mövsümdə sıralanma turunun 1-ci mərhələsindən keçə bilmədən yarışı ilk 10-luqda bitirərək xala yiyələndiyi 2-ci yarışdır.

– “Uilllyams”ın pilotlarından hər ikisi də cari mövsümdəki yarışlarda axıracan mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komanda üzvləri bu yarışlarda ardıcıl olaraq sonuncu 2 yerə yiyələnib. Bu da rekord göstəricidir.

– “Alfa Romeo”dan Kimi Rəykkönen indiyədək Bakıda baş tutmuş bütün Formula1-də ən güclü 3 komandanın təmsilçiləri xaricində xala yiyələnən yeganə pilotdur.

– “Haas”ın sürücüsü Roman Qrojan indiyədək Bakıda keçirilmiş bütün Formula1 yarışlarını uğurla başa vursa da xala yiyələnə bilməyib. “Toro Rosso”nun pilotu Daniil Kvyat bugünədək Bakıda baş tutmuş 4 qran-pridən heç birini axıracan tamamlaya bilməyib.

Həmin kateqoriyadan