Bakı şəhər halqasının akademiyasında könüllülər üçün təlim

Bu il Formula-1 üzrə Azərbaycan qran-prisi üçün qeydiyyatdan keçən könüllülərə Bakı şəhər halqası əməliyyat şirkətinin təşkilatçılığı ilə yanvarın 29-da təlimçi Jalə Ələkbərovanın təqdimatında “Yumşaq (soft) bacarıqlarımızı necə inkişaf etdirək?” mövzusunda təlim keçirilib.

Allsport.az saytı xəbər verir ki, 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə təşkil olunan təlimə 70-ə yaxın könüllü qatılıb. BŞH akademiyasında baş tutan seminarda Jalə Ələkbərova yumşaq bacarıqların inkişaf etdirilməsinin insanın peşəkar fəaliyyətinə və karyera irəliləyişinə müsbət təsirindən danışıb.

Yumşaq bacarıqlar özündə ünsiyyət və təqdimat, komandada işləmək və vaxtın səmərəli idarəolunması kimi bacarıqları birləşdirir. Təlimin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərən BŞH bu istiqamətdə fəaliyyətini davam etdirir.

Həmin kateqoriyadan