- Baxış sayı: 94
- 03 Dekabr 2025 19:49
- Baxış sayı: 77
- Dekabr 05, 2025
- 0

Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Allsport.az xəbər verir ki, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.
Dekabr ayının 12-dən etibarən Bülbül küçəsinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq. Avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər artıq dekabr ayının 13-dən 14-nə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq.
Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.