- Baxış sayı: 54
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Yeni mövsümdən I divizionda çıxış edəcək “Bakı” hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, paytaxtın eyniadlı klubu bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Belə ki, “Bakı” öz bazasında “Şahdağ”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Qurban Hüseynov vurub.
“Bakı” bu oyuna aşağıdakı start heyətlə çıxıb: Elxan Əhmədov, Rəvan Kərimov, Elşad Manafov, Tural Adığözəlov, Nicat Əsgərov, Qeyrət Əliyev, Müşviq İlyasov, Ülvi Quliyev, Salman Altuxanov, Kamil Nurəhmədov, Valeh Seyidov.