- Baxış sayı: 37
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Bakı şəhər halqasına aid olan küçə və prospektlərdə azarkeşlərinin və işçi heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılmış 3500-dən çox beton sədd artıq yığışdırılıb. Allsport.az saytı xəbər verir ki, bununla Azərbaycan qran-prisinin keçirildiyi son 6 ildə, yollar, bir həftə olmaqla, ən qısa zaman müddətində bərpa edilərək, nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib.
“Formula-1 ərzində nəqliyyatın hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk. Onların rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma çatdırılması istiqamətində növbəti illərdə də zəruri addımlar atılacaq”, – Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı dirktoru Arif Rəhimov deyib.