- Baxış sayı: 13
- 10 Mart 2026 12:12
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

Misli premyer liqasının V turunun “Zirə” ilə oyunundan (1:0) sonra qısa istirahətə buraxılan “Qəbələ” hazırlığın paytaxt mərhələsini başa vurub. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” 3 gün Bakı olimpiya stadionunda çalışıb.
Elmar Baxşıyevin komandası ötən şənbə geri yollanıb, millilərin oyunları ilə əlaqədar yaranan fasilədə toplanışı doğma stadionda davam etdirib. Dünən yoxlama görüşündə “Araz-Naxçıvan”la qüvvəsini sınayıb. Matç 0:0 bitib.
“Qəbələ” premyer liqada növbəti matçını səfərdə “Turan Tovuz”a qarşı keçirəcək. Qarşılaşma sentyabrın 17-sində saat 16:30-da başlayacaq.