- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
10-12 iyulda Azərbaycan mükafat yarışında komandalar (C3, C4 və C5) təkər birləşmələri ilə ötüşəcəklər. Allsport.az saytı xəbər verir ki, “Pirelli“nin yarış bölməsinin rəhbəri Mario İzola bu seçiminin səbəbini belə açıqlayıb:
“Ciddə trası təqvimə gəlməmişdən əvvəl, Bakı ən sürətli şəhər magistral yolu hesab olunurdu. Təkərlərdəki agırlıq burada o qədər də yüksək deyil, çünki heç bir döngələrdə rezin gərgin enerji və yeyilməyə məruz qalmır. Məhz bu amillərin birləşməsi, Monakodakı təkər komplektlərini Bakıya gətirmək imkanı yaradır.
Bununla belə, təkərlərə çox təsir edən yüksək sürəti də nəzərə almaq lazımdır. Vacib məqamlardan biri ön təkərlərin uzun düzlərdə temperaturunun düşməsi səbəbindən, tarazlığını itirməmək üçün yarışa gədər kifayət qədər isinməsidir.
Bundan əlavə, sürətlənmə zamanı arxa təkərləri çox qızdırmamaq da vacibdir. Bakıda asfaltın temperaturu daim dəyişdiyi üçün, bu trası texniki çətinlikləri ilə spesifik adlandırmaq olar”.
Aynur MEHDİYEVA