- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Bakıda Avropa klublar birliyinin (ECA) hüquq, kommersiya və üzvlük departamentinin regional toplantısı olub.
Allsport.az saytı xəbər verir ki, tədbir “Qarabağ”ın idarə heyətinin və ECA-nın icraiyyə komitəsinin üzvü Asif Əsgərovun təşəbbüsü ilə keçirilib. Azərbaycan premyer liqasının bütün komandalarının, Gürcüstanın klublarının nümayəndələri, həmçinin ECA-nın departamentinin rəhbərləri və baş müşaviri iştirak ediblər.
Görüşdə ölkə çempionatında çıxış edən bütün komandalarımız quruma üzv olublar. Bunadək Azərbaycanın yalnız 4 klubu ECA-da təmsil olunsa da, həmyerlimizin təklifi ilə digər premyer liqa təmsilçiləri də quruma qoşulublar. Bu, klublara qurumun xidmətlərindən istifadə etmək imkanı verəcək.
İclasda klublara bir sıra vacib məsələlərlə bağlı məlumatlar verilib. Burada düzgün müqavilə bağlama qaydaları, futbolçular sanksiyalarla üzləşərkən həyata keçirilməli olan hüquqi proseduralar, sponsor və tərəfdaşla anlaşma zamanı UEFA və digər ali qurumlar qarşısında öhdəliklər izah olunub.
Tədbirdə 2024-27 tsiklində avrokubokların yeni formatı, ödəniləcək maliyyə vəsaitləri, həmçinin bu məsələlərlə bağlı klubların təmsilçisi olan ECA və UEFA arasında danışıqlar barədə məlumatlar verilib.