- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Arsenal”ın futbolçusu Sead Kolaşinatsın həyat yoldaşı Bellanı polislər London hava limanında saxlayıb. Allsport.az xəbər verir ki, buna onun özü ilə elektroşok-tapança daşıması səbəb olub.
Bosniyalı müdafiəçinin xanımı yükdaşıyan şirkətə baqajda silah aparmasının mümkünlüyünə dair sorğu göndərib. Ona belə bir razılığın olmadığı barədə İngiltərədə cavab gəlib.
Bellanın 6 ay həbs olunmaq təhlükəsi olsa da, vəkillərin araya girməsindən sonra futbolçunun arvadı məsuliyyətdən yayınıb.
Onun bu addımı atmasına səbəb, ötən il Londonda əri ilə Məsud Özilin quldurlar tərəfindən hücuma mərus qalması olub. Gözəlçə o gündən bərk qorxub. Öz təhlükəsizliyindən ehtiyatlanaraq, ölkəsinə, Almaniyaya uçub və orada elektroşok-tapança daşıması icazə adıb.
Sead Kolaşinatsa gəlincə, o, ötən il Bakı olimpiya stadionunda keçirilən Avropa liqasının finalında digər London təmsilçisi “Çelsi”yə qarşı əsas heyətdə yer alıb. Matç 4:1 “zadəganlar”ın xeyrinə bitib.