- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanda formula-1 yarışının promouteri Bakı Şəhər Halqası əməliyyat şirkətinin təşkilatçılığı ilə fevralın 15-də Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2017” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Allsport.az saytı xəbər verir ki, tədbir MDB məkanında və regionda ilk dəfə olaraq bizdə təşkil ediləcək. Qurunum marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Azərtac-a müsahibəsində toplantıya ətraflı aydınlıq gətirib.
Onuu sözünə görə konfransa dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, media nümayəndələri dəvət olunacaq. Tədbirə, həmçinin Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin rəsmiləri də qatılacaqlar. Əbu-Dabi, Soçi və Bəhreyn qran-prilərinin yüksək vəzifəli nümayəndələri də konfransda iştirak edəcəklər. Qonaqlar Formula-1 yarışlarının təşkilatçılığı, bu mühüm turnirin öz ölkələrinə iqtisadi və sosial faydaları barədə məlumat verəcəklər.
“Azərbaycan artıq neçə ildir irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmizdə ilk Avropa oyunları, Formula-1 Avropa qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası mükəmməl şəkildə təşkil olunub. Həmçinin cari ildə paytaxtımız 4-cü İslam həmrəyliyi oyunlarını qəbul etməyə hazırlaşır. Bütün bunların ətrafında bir dialoqun qurulması maraqlı olar. Konfransda irimiqyaslı yarışların müsbət nəticələri, ortaya çıxa bilən problemlərin həlli və ölkəmizdə biznesin buna hazırlıq vəziyyəti istiqamətlərində müzakirələr aparılacaq”, – deyə Nigar Arpadarai əlavə edib.
Nigar Arpadarai, həmçinin formula-1 Azərbaycan qran-prisinə marağın böyük olduğunu bildirib. Qeyd edib ki, Bakıdakı yarışa artıq 40-dan çox ölkədən biletlər alınıb.