- Baxış sayı: 19
- 05 Dekabr 2025 17:24
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

Bu gün ölkəmizdə futbol tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinin oyunu keçirilib.
Allsport.az saytı xəbər verir ki, Bakının da ev sahibliyi etdiyi yarışda, “A” qrupunda ilk matçda Uels və İsveçrə komandaları qarşılaşıblar. Görüş 1:1 hesabı ilə başa çatıb.
Çempionatın daha 3 qarşılaşması – Türkiyə – Uels (16 iyun, 20:00), İsveçrə – Türkiyə (20 iyun, 20:00) və 1/4 finalın 1 oyunu (3 iyul, 20:00) paytaxtımızda keçiriləcək.
12 iyun
“A” qrupu
17:00. Uels – İsveçrə – 1:1
Qollar: Brel Embolo, 49 (0:1), Kiffer Mur, 74 (1:1)
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)
Bakı Olimpiya Stadionu