- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunu izləmək üçün Bakıya gələn Uels millisinin azarkeşinin başına iş gəlib. Allsport.az xəbər verir ki, Helen adlı azarkeş 500 funt-sterlinq (1100 AZN) dəyərində olan “Samsung S8” markalı telefonunu Bakıda yerləşən “pub”da unudub.
O, telefonunu unutduğunun fərqinə yalnız İstanbul aeroportunda varıb. Bu zaman Helenlə birgə Bakıya səfər etmiş sevgilisi Mayk Cons feysbukda paylaşım edib. Mayk Helenin telefonunun barda qaldığını və bunu oxuyan, hələ də Bakını tərk etməyən sonuncu uelsli azarkeşdən kömək istəyib. Bu paylaşımı Maykl Spir adlı uelsli azarkeş görüb və taksi ilə ondan 20 dəqiqə məsafədə olan “pub”a gedərək yaddan çıxmış telefonu götürə bilib.