- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu ölkəsinin yığma komandasının Azərbaycan millisinə qarşı səfər oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Moldovanın 1:2 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
“Baş məşqçi yenə futbolçuların hazırlıq səviyyəsini yoxlamaq imkanı qazandı. Bu görüşün nəticəsi heç bir əhəmiyyət daşımırdı. Amma təəssüf ki, yenə də məğlub olduq. Matçın gedişində elə məqamlar var idi ki, yığmamız bizim və azarkeşlərimizin istədiyi kimi oynadı. Bəzi epizodlarda isə arxayınlıq yarandı və iki qol buraxdıq. Azərbaycanla görüşdə hər birimiz yaxşı nəticəyə ümid edirdik. Lakin nəzərə almaq lazımdır ki, biz səfərdə oynayırdıq. Həm də Azərbaycan yığması da çoxdan idi qələbə qazana bilmirdi”.