Bakıdakı simpoziumla bağlı paylaşım

18-19 martda Bakıda keçiriləcək Avropa üzrə regional simpoziumla bağlı ümumdünya antidopinq agentliyi (WADA) tərəfindən rəsmi dəvət xarakterli video hazırlanıb. Allsport.az xəbər verir ki, bideoda yer alan Azərbaycan milli antidopinq agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadə tədbirin əhəmiyyəti, əsas məqsədləri və antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayır, Bakı simpoziumunun Avropa regionu üçün strateji platforma olduğunu diqqətə çatdırıb.
Sözügedən video WADA-nın rəsmi sosial media kanallarında və rəsmi internet səhifəsində yayımlanıb. Bu paylaşım WADA-nın simpoziuma verdiyi önəmi, şəffaf kommunikasiya siyasətini və qlobal antidopinq ictimaiyyətini tədbirə cəlb etmək istiqamətində apardığı fəal məlumatlandırma fəaliyyətini bir daha nümayiş etdirir.

Həmin kateqoriyadan