- Baxış sayı: 125
- 20 Mart 2026 23:43
- Baxış sayı: 145
- Mart 19, 2026
- 0

Avro-2020-nin Bakıda keçiriləcək 1/4 final oyununda iştirak edəcək ilk yığma müəyyənləşib. Allsport.az xəbər verir ki, bu, Danimarka millisidir.
Skandinavlar 1/8 finalda Uelsə 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Danimarkanın Bakıdakı matçdakı rəqibi Niderland – Çex Respublikası cütünün qalibi olacaq.
Paytaxtımızdakı 1/4 final mərhələsi görüşü iyulun 3-də Bakı olimpiya stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.