“Bakıya qayıtdıqdan sonra, bəzi səhvlərimizi aradan qaldırmağa çalışacağıq”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Antalya toplanışında Serbiya superliqa təmsilçisi “Zemun”a qarşı yoxlama oyunundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri görüşü belə şərh edib: 

“Bu gün iki oyun keçirmək istəyirdik. Fikrimiz hər kəsə 90 dəqiqə şans vermək idi. Birinci oyun hava şəraitinə görə 45 dəqiqə çəkdi. Meydanda olan futbolçular bu müddətdə yaxşı təsir bağışladılar.

İkinci oyundakı rəqibimiz də kifayət qədər yaxşı klub idi. Oyun planlaşıdırılan yerdə baş tutmadı, çətinliklə Manavgat stadionuna gəldik. Qarşılaşmaya gəldikdə isə, maraqlı oyun keçdi. Dünənki ağır məşqdən sonra keçirilən oyunun sonunda futbolçularımdan razı qaldım.

Onların qələbə qazanma istəkləri məni qane etdi. Şükürlər olsun ki, toplanışı qələbə ilə başa vurduq. Bakıya qayıtdıqdan sonra, bəzi səhvlərimizi aradan qaldırıb, “Qəbələ” ilə qarşılaşmaya tam hazır olmağa çalışacağıq”.

Həmin kateqoriyadan