- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Trasdan çıxma zonalarının olmaması iyunun 16-da bir çox pilotları narazı salıb. Allsport.az saytının məlumatına görə, “Baku City Circuit” layihəsinin müəllifi, arxitektor German Tilke, bu məsələnin problem yaratmamalı olduğunu düşünür. O, müsahibəsində xatırladıb ki, tras Beynəlxalq Avtomobil Federasiyasının (FIA) nəzarəti altında tikilib.
– Bəzi yürüşçülər bir sıra döngələrdə daha geniş təhlükəsizlik zonası görmək istərdilər. Siz bunu qəbul edirsinizmi? Müəyyən qorxu hissi varmı?
– Hər şeydən əvvəl bütün bunlar FIA tərəfindən bəyənilib. Çarli Uaytinq işin bütün mərhələlərində iştirak edib. Əlbəttə, burada stasionar avtodromlardakına bənzəyən trasdan çıxma zonaları yoxdur, amma həmin zonalar ləngimə zonalarının olduğu xüsusi yerlərdə yerləşir. Xeyli başqa təhlükəsizlik tədbirləri görülüb. Əlbəttə, səhvə yol verilsə, siz də Rikkardo kimi maşını qəzaya salacaqsınız. Mənə belə gəlir ki, yürüşçülərin sağlamlığına heç bir təhlükə yoxdur. Bunun üçün mümkün olan hər şeyi edirik.
– Birinci məşq haqqında nə düşünürsünüz?
– Səhər sessiyası yetərincə maraqlı oldu, xüsusən Formula-1 maşınları ilk dəfə yeni trasa girəndə. Bütün bunları dəfələrlə təsəvvür etməyə çalışmışam, amma buna baxmayaraq, yenə də bir balaca həyəcanlanıram. Axı bazar günü hər şey ideal olmalıdır. Yürüş müvəffəqiyyətlə keçsəydi, əla olardı.
– Bu trası yaradanda nəyə calışmısınız?
– Biz bu trası Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla və “Formula One Management” şirkətinin prezidenti Berni Ekklstounla çox müzakirə etmişik. Şəhərin gözəlliyini göstərmək istədik, buna görə də tras ən parlaq görməli yerlərin fonunda, məsələn, hökumət evinin və şəhərin qədim hissəsinin yanından keçir.
Tras şəhər halqası üçün yetərincə uzun alındı: 6 kilometr. Onun ensiz hissəsi İşərişəhər boyu keçir, sonra 2 kilometrlik düz yola qayıdır. Bu, unikal xüsusiyyətdir.