- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 168
- Mart 19, 2026
- 0

Serbiyanın paytaxtı Belqradda atletika üzrə qapalı məkanda Balkan çempionatı keçirilir. Allsport.az xəbər verir ki, yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunur. Üç təkanla tullanma növündə mübarizə aparan Rüstəm Məmmədov nüfuzlu yarışda parlaq qələbə ilə yadda qalıb. Atletin göstəricisi 16.30 metr olub. Bu nəticə ilə Məmmədov 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Son dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.