- Baxış sayı: 39
- 10 Aprel 2025 20:19
- Baxış sayı: 100
- Aprel 11, 2025
- 0
Türkiyənin Sivas şəhərində 18 yaşadək atletlər arasında Balkan çempionatında bu gün mübarizəyə qoşulan İlahə Quliyeva uğurlu çıxışla yadda qalıb.
Allsport.az saytı xəbər verir ki, o, 400 metr məsafəyə qaçışda 56.54 saniyəlik nəticə ilə gümüş medal qazanıb.
Nüvə itələmədə Səkinə Hacızadə 13.85 metr nəticə ilə yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib. Bu idmançımız yarışda 7-ci yer tutub.