Balkan çempionatında qızıl medal

Yunanıstanın Volos şəhərində təşkil olunan atletika üzrə Balkan çempionatına yekun vurulub.

Allsport.az xəbər verir ki, mötəbər yarışda iştirak edən Azərbaycan təmsilçilərindən Əlhəm Nağıyev parlaq qələbə ilə yadda qalıb.

Atlet 200 metr məsafəyə qaçışı 20.70 saniyə göstərici ilə başa vurub. Bu nəticə ilə Nağıyev ümumilikdə 19 idmançının mübarizə apardığı növdə bütün rəqiblərini qabaqlayaraq Balkan çempionatının qızıl medalını qazanıb.

Bu yarışda atletlərdən son dəfə Anna Skidan 2021-ci ildə qalib olmuşdu. Rüstəm Məmmədov isə bu ilin fevralında qapalı məkanda Balkan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Həmin kateqoriyadan