Baloqun karyerasını İtaliyada davam etdirmək istəyir

“Arsenal”ın hücumçusu Folarin Baloqun “İnter”lə maraqlanır. 

Allsport.az xəbər verir ki, İtaliya klubu üçün ideal variant futbolçunu icarəyə götürməkdir.

İndi “İnter”in idman direktoru Piero Ausilio Londondadır və orada yeni transferlərlə bağlı bir neçə görüş keçirəcək.

“Arsenal” hücumçu üçün 40 milyon avro almaq istəyir.

Folarin ötən mövsümü icarə əsasında “Reyms”də keçirib. Liqa 1-də 37 matçda 21 qol vurub və 2 məhsuldar ötürmə edib.

“İnter” “A” seriyasını 3-cü pillədə başa vuraraq çempionlar liqasının finalına yüksəlib və burada “Mançester Siti”yə 0:1 hesabı ilə uduzub.

Həmin kateqoriyadan