- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin hücumçusu Baqali Dabo Avropa Liqasının 3-cü təsnifatında Fransanın “Lill” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, Fransa mətbuatına açıqlamasında bunları söyləyib:
“Qəbələ” əvvəllər də məni heyətinə cəlb etməyə çalışmışdı. Amma o vaxt mən Fransada qalmağa üstünlük verdim. Bu dəfə isə təklifi qəbul etdim. Liqa 2-dən Avropa Liqasına oynayan komandaya keçmişəm. Fikrimcə, bu, yaxşı qərardır. Keçmiş klubum “Kretey” də bu keçiddən 40 min avro qazandı.
Bakı şəhəri mənə mini-Dubayı xatırladır. Şəhər inkişafdadır. Komandamızın digər üzvləri kimi, mən də dörd ulduzlu oteldə qalıram. Azərbaycanda ingilis dilində danışmağa çalışıram. Sabah bizi vacib oyun gözləyir. Tribunalardan da yaxşı dəstək gözləyirik”.
Qeyd edək ki, ilk oyunda 1:1 hesablı bərabərliyə razılaşan “Qəbələ” və “Lill” arasındakı cavab matçı sabah “8-ci km” stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.