- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin yeni futbolçusu Baqali Dabo açıqlama verib. Allsport.az saytı xəbər verir ki, fransalı hücumçu təlim-məşq toplanışını dəyərləndirib:
“Təlim-məşq toplanışımız ağır keçir. Zarafat edirəm. Normal keçir. Yeni baş məşqçi və yeni fiziki hazırlıq üzrə məşqçidən yeni şeylər öyrənirik. Bildiyiniz kimi, onlar İtaliyadandılar. Məncə, hamıya məlumdur ki, italiyalılar təlim-məşq toplanışını necə keçirlər. Biz də bununla burada tanış olduq. Ağır və ya yüngül keçdiyini deyə bilmərəm. Məşqlərimiz orta yüklənmə ilə davam edir. Bir müddət sonra komandamız daha da yaxşı formada olacaq. Adaptasiya prosesi mənim üçün yaxşı keçir.
Çünki bir çox futbolçunu əvvəldən tanıyırdım. Bakının müxtəlif yerlərində onlarla tez-tez üzbəüz gəlmişik. Birlikdə oyunlara baxmışıq və yaxud restoranlarda qarşılaşmışıq. Azərbaycan çempionatının oyunlarında bir-birimizə qarşı çox çıxış etmişik. Çoxunu oradan tanıyıram. Ona görə də adaptasiya asan keçir.
İlk oyuna gəldikdə isə bir az yorğunluq var idi. Məncə, bu normaldır. Artıq bir müddətdi hazırlaşırıq. Fikrimcə, vaxt keçdikcə özümü daha da yaxşı tərəfdən göstərə biləcəm. İlk görüşdəki yorğunluğa baxmayaraq qələbə qazandıq. Mənə elə gəlir ki, pis oynamadım. Amma bunu məşqçi daha yaxşı bilər. İlk oyun üçün hər şey yaxşı idi”.