- Baxış sayı: 29
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin hücumçusu Baqali Dabo 2-ci turda keçmiş klubunun azarkeşlərinin “Səbail”lə ev qarşılaşmasında açdıqları “Adamlar gedər, kişilər qalar!” şüarına cavab verib. Allsport.az saytı xəbər verir ki, fransalı hücumçu “Qəbələ”yə qalib gəldikləri və qol vurduqları matçdan sonra şəxsi “İnstagram” hesabında maraqlı paylaşım edib.
O, sosial şəbəkədə “Neftçi”nin formasında qol sevinci olan şəkili paylaşıb və onun üzərində “əsl kişilər danışmırlar, hərəkət edirər” sözü yazıb. Fransalı futbolçu azarkeşlərin ilk turda atmacasına da “İnstagram”dan cavab vermişdi. O, “Red Black Army”nin açdığı pankratı yerləşdirib və şəkilin üzərində düşündürücü “smile” qoymuşdu.
Dabo bu paylaşımı ilə azarkeşlərin pankratını başa düşdüyünü və özünün hədəf seçildiyini anladığını işarə etmişdi. Forvard “Qəbələ”yə 2016-cı ildə “Kreteil” klubundan transfer olunub. 30 yaşlı hücumçu yay transfer dönəmində “Neftçi” ilə 2-illik müqavilə imzalayıb.