“Barsa” onu da itirdi

“Barselona”nın müdafiəçisi Aleks Balde zədələnib.

Allsport.az xəbər verir ki, ispaniyalı futbolçu ölkə kubokunun yarımfinal mərhələsində “Atletiko”ya qarşı keçirilən cavab oyununda (3:0) xəsarət alıb.

Balde qarşılaşmanın 71-ci dəqiqəsində meydanı zədə səbəbindən tərk edib.

Onun təxminən dörd həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Həmin kateqoriyadan