- Baxış sayı: 63
- 17 Aprel 2026 22:30
- Baxış sayı: 317
- Aprel 20, 2026
- 0

“Vest Hem”in hücumçusu Adama Traore komandanın məşqçilər heyətindən qeyri-adi tapşırıq alıb.
Allsport.az xəbər verir ki, baş məşqçi Nunu Eşpiritu Santu futbolçuya həddindən artıq inkişaf etmiş əzələ kütləsinə görə klubun bazasındakı idman zalına getməyi qadağan edib.
Məşqçi Traorenin genetik göstəricilərinin möhtəşəm olduğunu, lakin hazırda zalda ağırlıqlarla işləməyin onun üçün artıq yükə çevrildiyini bildirib. “O, onsuz da kifayət qədər ağırdır. İndi ona zalda çəki qaldırmaq yox, yalnız zədələrdən qorunma profillaktikası ilə məşğul olmaq lazımdır”, – deyə mütəxəssis qeyd edib.
Cari mövsümdə “Fulhem” və “Vest Hem” köynəyi ilə premyer liqada 19 oyuna çıxan 30 yaşlı vinger hələlik qol vura bilməyib.