- Baxış sayı: 1
- 21 Noyabr 2024 17:55
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Ötən həftə Rusiyada bir neçə maraqlı keçid baş verib. Allsport.az saytı xəbər verir ki, SSKA argentinalı hücumçu Adolfo Qayiçi İtaliyanın “Verona” klubuna icarəyə göndərib.
“Lokomotiv”in monteneqrolu hücumçusu Marko Rakonyak Serbiyaya, “Srvena Zvezda”ya üz tutub, “Barselona”nın yetirməsi Maki Banyak isə “Pari Nijniy Novqorod”a keçib.
Yanvarın ortalarında “Torpedo”dan ayrılan Damyen le Tallek vətəninə qayıdıb. 5 ay Rusiyada qaldıqdan sonra 32 yaşlı fransalı “Soşo”ya qoşulub.
Voronej “Fekel”i 2 futbolçunun transferini açıqlayıb. Onlar icarə əsasında Plovdiv “Botev”indən keçib. 24 yaşlı Məhəmməd Braimi sağ cinah müdafiəçisi, 28 yaşlı Reda Rabei mərkəz yarımmüdafiəçisidir. Hər iki futbolçunun əlcəzairli olması diqqət çəkir.