- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

İspaniyanın “Barselona” klubunun 2023/24 mövsümü üçün mümkün səfər formasının fotoları yayılıb.
Allsport.az xəbər verir ki, 1970-ci illərdən bəri ilk dəfə köynək ağ olacaq.
“Nayk” səfər formasını mavi şort və eyni rəngdə corablar ilə birləşdirir.
Bu, 1970-ci illərdə geyilən forma ilə eyni rəng birləşməsidir. “Göy-narıncılar” indiki loqo əvəzinə 1975-2002-ci illərin loqotipindən istifadə edəcək.
“Barselona” 2022/23 mövsümündə İspaniya la liqasının turnir cədvəlində liderdir.
Komanda 33 oyundan sonra 82 xal toplayıb.