“Espai Barsa” layihəsini maliyyələşdirmək üçün danışıqlar yekunlaşıb

Allsport.az xəbər verir ki, layihənin əsas hissəsi “Kamp Nou”nun təmiridir. Buraya həmçinin stadiona bitişik ərazinin müasirləşdirilməsi, yeni ofislərin, muzeyin, klub mağazasının, kafenin, ticarət mərkəzinin və 3200 yerlik avtomobil dayanacağının tikintisi daxildir.

Bu layihəni maliyyələşdirmək üçün kataloniyalılara 1,5 milyard avro lazımdır. Bu vəsait üçün “Barselona” 24 il müddətində 6%-lə kredit götürüb.

Həmin kateqoriyadan