- Baxış sayı: 25
- 02 Mart 2026 12:54
- Baxış sayı: 124
- Mart 01, 2026
- 0

“Barselona”nın hücumçusu Robert Levandovski ağır zədələnib.
Allsport.az xəbər verir ki, 37 yaşlı polşalı forvardın sol göz yuvasında qapalı sınıq aşkar edilib.
Futbolçu bu zədəni İspaniya la liqasının son turunda “Vilyarreal”a qarşı keçirilən və 4:1 hesablı qələbə ilə başa çatan matçda alıb.
Maraqlıdır ki, Levandovski ciddi ağrılara baxmayaraq oyunu sonadək davam etdirib və komandasının sonuncu qoluna imza atıb.
Bu zədə səbəbindən Levandovski İspaniya kubokunun yarımfinal mərhələsində “Atletiko Madrid”ə qarşı keçiriləcək mühüm cavab qarşılaşmasını buraxmalı olacaq. İlk oyunda 0:4 hesabı ilə məğlub olan “Barselona” üçün bu itki böyük zərbə hesab olunur.