- Baxış sayı: 2
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

“Barselona”, “Real” ilə matçın futbol köynəyini rəsmən açıqlayıb.
Allsport.az xəbər verir ki, bundan əvvəl Kataloniya klubunun “El-klassiko”da ispan müğənni Rozaliyanın loqosu olan köynəklərdə oynayacağı bildirilirdi. Forma “Barselona”nın baş sponsoru olan “Spotifi” musiqi platfornası ilə müqavilənin bir hissəsi kimi təqdim olunur.
Oyunçuların geyimlərində 2022-ci il “Motomami” albomunun üz qabığından yazı olacaq. Qadınlardan ibarət komandanın futbolçuları da martın 25-də “Real”a qarşı görüşdə Rozaliyanın loqosu olan formalarla çıxış edəcəklər.
La liqanın 26-cı turu çərçivəsində martın 19-da “El-klassiko” keçiriləcək.