- Baxış sayı: 30
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 32
- Dekabr 05, 2025
- 0

Bu gün Formula-1 dünya çempionatının 4-cü mərhələsi çərçivəsində İspaniya qran-prisi baş tutub. Allsport.az saytı xəbər verir ki, Barselonada nəticə Portuqaliyanı təkrarlayıb.
Ötən dəfə olduğu kimi, Barselonada 4675 metrlik trasda 66 dairənin yekununda Lüis Həmilton finişə 1-ci çatıb. Britaniyalı pilot qələbəyə 1 saat 33:07.680 saniyə sərf edib.
“Red Bull Xonda”dan Maks Ferstappen 2-ci olub. Ondan + 26.610 saniyə geri qalan “Mersedes”in digər pilotu Valtteri Bottas ilk 3-lüyü qapayıb.
Növbəti ötüşmə 2 həftə sonra Monakoda olacaq. Monte-Karlonun 3337-metrlik şəhər trasında qalib 78 dairənin sonunda müəyyənləşəcək.