“Barselona”da yeni məşqçi

Keçmiş futbolçu Tiaqo Alkantara “Barselona”nın məşqçilər heyətinə qoşulub. Allsport.az saytı xəbər verir ki, Kataloniya klubunun 33 yaşlı yetirməsi yayda Hansi Fliklə təcrübə qazanacaq və komanda ilə birlikdə ABŞ turuna yollanacaq.

O, 2019/20 mövsümündə bu mütəxəssisin rəhbərliyi ilə “Bayern”də oynayıb. Tiaqo – futboldan anlayışı və dil biliyi üçün cəlb olunub.

Alkantara iyulun 7-də futbolçu karyerasını bitirdiyini açıqlayıb. O, çempionlar liqasının və klublararası dünya çempionatının 2-qat qalibi, 7-qat Almaniya çempionu və 4-qat İspaniya çempionudur. Onun millidə 46 oyunda 2 qolu var.

Həmin kateqoriyadan