- Baxış sayı: 10
- 24 Noyabr 2024 14:57
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, “Barselona”nın prezidenti Xuan Laporta klubun, “Fənərbağça”nın yarımmüdafiəçisi Arda Gülərlə maraqlandığını təsdiqləyib.
“Arda , çox gənc oyunçudur. Doğrudur, bizim əməkdaşlar onu uzun müddətdir izləyir. Avropanın bütün futbol klubları onu istəyir və biz “Fənərbağça” ilə danışıqlar aparırıq.
La liqa tərəfindən təsdiqlənmiş maliyyə planımız var, lakin biz daha çox istəyirik. Mövcud vəziyyət bizi qane etmir, Avropa yarışlarında sıçrayış etməliyik və ona görə də güclənirik.
Dünyanın ən yaxşı oyunçularının la liqada oynamasını xoşlayıram və məqsədimizə çatmaq və oyunçu ilə müqavilə imzalamaq üçün ilk biz olmalıyıq ” – Laporta deyib.
Argentinalı futbolçu Lionel Messi ilə oxşar oyun tərzinə görə bir çox futbol mütəxəssisi Güləri “türk Messisi” adlandırır.