- Baxış sayı: 20
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

“Barselona”nın və Braziliya millisinin hücumçusu Rafinya ötən mövsüm la liqada göstərdiyi çıxışla diqqət mərkəzinə düşüb. Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu 18 qol və 9 məhsuldar ötürmə ilə komandasının çempionluğunda əsas pay sahiblərindən biri olub. O, liqanın ən yaxşısı adına da layiq görülüb.
Mövsümün əvvəlində “Qızıl top”un əsas namizədi olan Rafinya, “Barselona”nın çempionlar liqasından erkən mübarizəni dayandırmasından sonra bu mükafata olan imkanını xeyli azaldıb. Hazırda istirahətdə olan braziliyalı ulduz yeni klublararası dünya çempionatı formatını tənqid etməklə yanaşı, lüks avtomobilləri ilə də mətbuatın diqqətini çəkir.
Rafinya xüsusilə yolsuzluq maşınlarına maraq göstərir. Onun avtoparkında bu modellər yer alır:
• “Lamborgini Urus” – 650 at gücündə V8 mühərrikli SUV, 3,6 saniyəyə 100 km/saat sürət yığır və 300 km/saatdan çox maksimal sürətə malikdir.

• “Rənc Rover Sport” – 575 at gücü ilə təchiz olunan bu model, həm şəhəriçi, həm də yolsuzluq şəraitində yüksək performans göstərir.

• “Tesla Model X P100D” – Elektriklə işləyən SUV 772 at gücünə malikdir və 3 saniyədən az müddətdə 100 km/saat sürət yığır. Tam enerji ilə 450 km-dən çox məsafə qət edə bilir.

• “Mersedes-AMG G 63” – 577 at gücü və V8 mühərriklə təchiz olunmuş bu model, 4,5 saniyəyə 100 km/saat sürət yığır. Avtomobil lüksün və prestijin simvoludur.

• “Ferrari 458” – 570 at gücündə atmosferik V8 mühərriki ilə 3,4 saniyədə 100 km/saat sürət yığır və 325 km/saat maksimal sürətə malikdir. Avtomobil Formula-1-dən ilhamlanan dizaynı ilə fərqlənir.
