- Baxış sayı: 175
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 175
- Dekabr 05, 2025
- 0

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ölkə çempionatının 30-cu turunda qarşılaşdıqları “Rəvan”la matçda texniki zonadan kənarlaşdırılıb. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis görüşün sonlarında baş hakim Rauf Cabbarov tərəfindən tribunaya göndərilib.
Buna səbəb Qriqorçukun baş hakimə verdiyi qərara görə sərt reaksiya nümayiş etdirməsi olub. Hakimin ünvanına səsləndirdiyi fikirlər ukraynalı mütəxəssisin texniki zonadan uzaqlaşdırılması ilə nəticələnib.