- Baxış sayı: 33
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 147
- Fevral 04, 2026
- 0

AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov U-19-un baş məşqçisi Təbriz Həsənov və U-17-nin 1-ci çalışdırıcısı Mirbağır İsayevlə görüşüb. Allsport.az saytı xəbər verir ki, onlar Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim edib.
Təqdimatdan sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub. U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.