Baş katib və səfir avroliqanın püşkatmasında

AFFA-nın baş katibi Elxan Məmmədov və Bakıda keçiriləcək Avropa liqasının final matçının səfiri Vəli Qasımov Monakoya yollanıblar. Allsport.az saytı xəbər verir ki, hər 2 şəxs avroliqanın qrup mərhələsinin püşkatma mərasiminə qatılacaq.
Bakı vaxtı ilə saat 15:00-da başlanacaq tədbirdə Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”ın rəqibləri müəyyənləşəcək. Xatırladaq ki, Avropa liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək.

Həmin kateqoriyadan