- Baxış sayı: 31
- 15 Mart 2026 12:20
- Baxış sayı: 249
- Mart 13, 2026
- 0

Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze və konsulluğun inzibati meneceri Malxaz Xulordava “Kəpəz”in qonağı olub.
Allsport.az xəbər verir ki, akademiyada keçirilən görüşdə “Kəpəz”in idarə heyətinin üzvü Fərman Əlizadə, icraçı direktor Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, komandanın baş məşqçisi Azər Bağırov, gürcüstanlı futbolçu Mate Abuladze, həmçinin “Patriotnews.az” saytının rəhbəri və “Qarabağ Qaziləri” ictimai birliyinin Gəncə şəhər filialının sədr müavini Ceyhun Əliyev iştirak ediblər.
Qonaqlara klubun bazası, akademiyanın fəaliyyəti və son dövrlərdə infrastruktur sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Görüşün sonunda Fərman Əlizadə tərəfindən baş konsul Kaxaber Abdaladzeyə klubun köynəyi hədiyyə olunub. Həmçinin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış futbolçu İlqar Burcəliyevin əziz xatirəsinə həsr olunan Anar Burcəliyevin müəllifi olduğu “Qayıtmayan igidim, zəfərimin İlqarı” kitabı da baş konsula təqdim edilib.
Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, idman və futbol sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.