- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçala” – “Şahdağ” matçının 36-cı dəqiqəsində azarkeşlərlə polis arasında münaqişə baş verdiyi üçün oyun 5 dəqiqə dayandırılıb. “Neftçala” klubunun cəzalı baş məşqçisi Kamal Quliyev oyunu tribunadan izlədiyi üçün münaqişəni sakitləşdirməyə cəhd edib və nəticədə “Neftçala” klubunun futbolçuları meydanı tərk edərək baş vermiş hadisəyə müdaxilə ediblər. Baş vermiş insident sakitləşdikdən sonra oyun bərpa olunub və sonadək oynanılıb. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
“Neftçala” klubu meydanı özbaşına tərk etdyi üçün sonradan meydana qayıtmasına və oyuna davam etməsinə baxmayaraq, 1000 manat cərimə olunub.
Meydan sahibi komanda stadionun təhlükəsizliyini lazımı səviyyədə təmin etmədiyi üçün klub 500 manat cərimə olunub.
“Şərurspor” – “Ağsu” matçının 56-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Davud Kərimi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun fasiləsi zamanı “Ağsu”nun məşqçisi Kənan Bayramov hakimi təhqir etdiyinə görə, 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Bakılı” – “Mil-Muğan” matçında “Bakılı”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Şəmkir” matçının 60-cı dəqiqəsində “Şəmkir”in futbolçusu Cavid Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydanı tərk etdiyi zaman hakimə qarşı fiziki təsir göstərdiyinə görə 5 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.
MOİK – “Zaqatala” matçının 85-ci dəqiqəsində MOİK-in futbolçusu Rəşad Hacızadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.