- Baxış sayı: 101
- 20 Mart 2026 23:43
- Baxış sayı: 139
- Mart 19, 2026
- 0

Naməlum şəxslər Portuqaliya milli komandasının baş məşqçisi Roberto Martinesin evini qarət edərək 1 milyon avrodan çox ziyan vurublar.
Allsport.az xəbər verir ki, evə mətbəxdən daxil olan oğrular qızıl-zinət əşyaları və saatlar oğurlayıblar.
52 yaşlı Martines 2023-cü ilin yanvarından Portuqaliya millisini çalışdırır. O, əvvəllər İngiltərənin “Suonsi”, “Uiqan” və “Everton” klublarını, həmçinin 2018-ci ildə dünya çempionatında bürünc medal qazandığı Belçika yığmasını çalışdırıb.